ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasının, əmək haqqı fondunun sərf olunmasının, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasının təmin edir
inzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir
Şöbənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edir
işçilərin əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələrinin hesablanması və müvafiq maliyyə-bank əməliyyatlarını aparır
xəzinə əməliyyatları ilə əlaqədar öhdəlik, mal alışı sənədi, kassa xərclərinin sifarişinin hazırlayır
əsas vəsaitlərin inventarlaşdırılmasının təşkil edir
mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edir
vəzifəsi üzrə şöbə rəisi tərəfindən verilən tapşırıqların yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatıİctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB3