Baş məsləhətçi - hüquq üzrə ( Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi)

Bakı

Ekologiya və təbii sərvətlər nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbə müdirinin müəyyən etdiyi iş bölgüsü əsasında fəaliyyətini həyata keçirir;
  • Xidmətə daxil olmuş korrupsiya hüqupozmalarına dair ərizə, şikayət və məlumatlar əsasında müvafiq araşdırmaların aparılmasını həyata keçirir və nəticələri barədə təklifləri verir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə qanunamüvafiq təkliflər hazırlayır və rəhbərliyə təqdim edir;
  • Hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin mühafizəsi sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar layhələrinin hazırlanmasını təmin edir;
  • Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak edir;
  • Xidmət üzrə akt, inzibati xəta haqqında protokol və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarəti həyata keçirir;
  • Xidmət tərəfindən qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarların və iddiaların hüquq mühafizə orqanlarında və məhkəmə instansiyalarında müzakirəsində iştirak edir;
  • Məhkəmələrdə, hüquq mühafizə orqanlarında, eləcə də digər dövlət orqanlarında və qeyri-hökumət təkilatlarında hüquqi məsələlərlə əlaqədar Xidməti təmsil edir;
  • Məhkəmə instansiyalarında mübahisələndirilən məhkəmə aktlarına yenidən baxılması üçün prosesual müddətlərə riayət edilməklə məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə əsaslandırılmış şikayətlər  təqdim edir;
  • Ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasında iştirak edir;
  • Funksional tabelikdə fəaliyyət göstərən idarələr tərəfindən şöbənin funksiyalarına aid görülmüş işlərə dair hesabatları qəbul edir, ümumiləşdirir və bunun əsasında məlumat bankını yaradır;
  • İnzibati tənbehvermə haqqında qərarların icra olunmasına nəzarət edir, nöqsanlar aşkar edilərək icra olunmadan geri qaytarılan icra sənədinin təhlilini aparır və yenidən icraya yönləndirilməsini təmin edir;
  • İş üzrə icraata xitam verilməsinə dair müvafiq sənədləri hazırlayır;
  • Xidmətin fəaliyyətinə aid olan normativ hüquqi aktlar ilə əlaqədar əməkdaşlara müvafiq məsləhətlər, habelə təşkilati-hüquqi rəylər verir;
  • Fəaliyyəti ilə bağlı şöbəyə daxil olan müraciətlərə qanunauyğun olaraq baxır və müvafiq tədbirlər görür;
  • Xidmətin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələri yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdəazı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən orta səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB1

Telegram kanalımız