Məsləhətçi - hüquq üzrə (insan resursları və sənədlərlə iş şöbəsi)

Bakı

Ekologiya və təbii sərvətlər nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbə müdirinin müəyyən etdiyi iş bölgüsü əsasında fəaliyyəti həyata keçirir
  • Xidmətə daxil olmuş korrupsiya hüqupozmalarına dair ərizə, şikayət və məlumatlar əsasında müvafiq araşdırmaların aparılmasının həyata keçirir və nəticələri barədə təkliflərin verir
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə qanunamüvafiq təkliflər hazırlayır və rəhbərliyə təqdim edir
  • Hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin mühafizəsi sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar layhələrinin hazırlayır
  • Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak edir
  • Xidmət üzrə akt, inzibati xəta haqqında protokol və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarəti həyata keçirir
  • Xidmət tərəfindən qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarların və iddiaların hüquq mühafizə orqanlarında və məhkəmə instansiyalarında müzakirəsində iştirak edir
  • Məhkəmələrdə, hüquq mühafizə orqanlarında, eləcə də digər dövlət orqanlarında və qeyri-hökumət təkilatlarında hüquqi məsələlərlə əlaqədar Xidməti təmsil edir
  • Məhkəmə instansiyalarında mübahisələndirilən məhkəmə aktlarına yenidən baxılması üçün prosesual müddətlərə riayət edilməklə məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə əsaslandırılmış şikayətlərin hazırlayaraq təqdim edir
  • Ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasında iştirak edir
  • İnzibati tənbehvermə haqqında qərarların icra olunmasına nəzarət, nöqsanlar aşkar edilərək icra olunmadan geri qaytarılan icra sənədinin təhlil edilməsi və yenidən icraya yönləndirilməsini təmin edir
  • Xidmətin fəaliyyətinə aid olan normativ hüquqi aktlar ilə əlaqədar əməkdaşlara müvafiq məsləhətlər, habelə təşkilati-hüquqi rəylərin verir
  • Fəaliyyəti ilə bağlı şöbəyə daxil olan müraciətlərə qanunauyğun olaraq baxır və müvafiq tədbirlər görür
  • Xidmətin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələri yerinə yetirir

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən orta səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB2

Telegram kanalımız