- Xidməti ərazidə fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantılarla təqdim edilən 2 TG (su, hava, tullantı) dövlət statistik hesabatlarını, ekoloji tədbirlər planını və digər sənədləri qəbul edir, razılaşdırılması üçün təqdim edir;
- Ətraf mühitin mühafizəsi ilə bağlı hesabatların ümumiləşdirilməsi əsasında məlumat bankının yaradılmasını və təkmilləşdirilməsini həyata keçirir;
- Təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlərin görülməsi üzrə təkliflərin hazırlanmasında iştirak edir;
- İnzibati ərazilərdə ətraf mühiti çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və bunların aradan qaldırılması üzrə təkliflər verir;
- Ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərinin müəyyən edilməsində iştirak edir;
- Xidməti ərazidə obyektlərin təbiəti mühafizə təyinatlı qurğularının, avadanlıqlarının istismara buraxılması üzrə yaradılmış komissiyalarda iştirak edir;
- Hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit və təbii sərvətlərin mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirir;
- Əhalinin ekoloji maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənilməsi və təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və proqramın həyata keçirilməsində iştirak edir;
- Xidməti ərazidə ətraf mühitin ekoloji vəziyyəti, bu sahədə aşkar edilmiş nöqsan və çatışmazlıqlar, həmin istiqamətdə görülən tədbirlər haqqında KİV-ə məlumatların verilməsini həyata keçirir;
- Ətraf mühitin tənzimlənməsi və ekoloji maarifləndirmə sahəsində görülmüş işlərə dair idarənin rəhbərliyinə və aidiyyatı üzrə məlumatlar verir;
- Daxil olan şikayət və məlumatların araşdırılması və cavablandırılmasını təmin edir;
- Qeyri hökumət təşkilatları, xarici şirkətlərlə birlikdə ətraf mühitin mühafizəsi sahəsində keçirilən dəyirmi masa, görüşlərdə, ekologiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
- Xidməti ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər barədə 15 günlük, aylıq, rüblük və illik hesabatlar hazırlayır;
- Dövlət ekoloji ekspertizası subyekti olan obyektlərin inventarizasiyasının aparılmasında iştirak edir;
- Xidməti ərazidə təhlükəli və təhlükəsiz sənaye, məişət, tikinti, tibbi və radioaktiv tullantıların qeydiyyatının aparılması, bu tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmasının (əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) təhlil edilməsi və qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması və sistemləşdirilməsini təmin edir;
- Xidməti ərazidə ekoloji problemlərin həllinə əhalinin və ictimai təşkilatların cəlb edilməsi məqsədilə informasiyanın yayılması, ekoloji təhsil, tərbiyə və təbliğat işinin aparılmasını həyata keçirir;
- İnkişaf etmiş ölkələrdə ətraf mühitin tənzimlənməsi və ekoloji maarifləndirmə sahəsində iş təcrübəsinin öyrənilməsi və tətbiqi barədə təkliflər hazırlayır;
- Rəhbərlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;