Baş məsləhətçi - hüquq üzrə (İsmayıllı)

İsmayıllı

Ekologiya və təbii sərvətlər nazirliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdarə rəisinin müəyyən etdiyi iş bölgüsü əsasında fəaliyyətini həyata keçirir;
  • İdarəyə daxil olmuş korrupsiya hüqupozmalarına dair ərizə, şikayət və məlumatlar əsasında müvafiq araşdırmaların aparılmasını həyata keçirir və nəticələri barədə təkliflər verir;
  • İdarənin fəaliyyət istiqamətləri üzrə qanunamüvafiq təkliflər hazırlayır və rəhbərliyə təqdim edir;
  • Hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin mühafizəsi sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar layhələrinin hazırlanmasını həyata keçirir;
  • Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak edir;
  • İdarə üzrə akt, inzibati xəta haqqında protokol və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarəti həyata keçirir;
  • İdarə tərəfindən qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarların və iddiaların hüquq mühafizə orqanlarında və məhkəmə instansiyalarında müzakirəsində iştirak edir;
  • Məhkəmələrdə, hüquq mühafizə orqanlarında, eləcə də digər dövlət orqanlarında və qeyri-hökumət təkilatlarında hüquqi məsələlərlə əlaqədar İdarəni təmsil edir;
  • Ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasında iştirak edir;
  • Ekoloji normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir; 
  • Hazırlanmış layihələrə dair rəy və təklifləri aidiyyəti üzrə təqdim edilməsi üçün hazırlayır;
  • Fəaliyyəti ilə bağlı idarəyə daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxır və müvafiq tədbirlər görür;
  • Fəaliyyəti ilə bağlı yaranan sənədlərin komplektləşdirilməsini, saxlanılması və uçotunu təmin edir;
  • İdarə tərəfindən qulluq funksiyalarına aid görülmüş işlərə dair hesabatların hazırlanması, ümumiləşdirilməsi və bunun əsasında məlumat bankının yaradılmasını təmin edir;
  • İdarənin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərin tərtibatına nəzarət edir və müvafiq tədbirlərin görülməsinə dair təkliflər verir;
  • Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə qəbul olunmuş qərarlar və ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı məhkəmə instansiyalarına iddiaların verilməsini təmin edir, idarə adından həmin proseslərdə səlahiyyətli şəxs qismində iştirak edir;
  • İcraatında olan işlərlə əlaqədar müvafiq sənədlərin istintaq və məhkəmə orqanlarına verilməsi üçün sənədlərin hazırlanması, icra olunma vəziyyətinin nəzarətdə saxlanılması, icrası bitmiş məhkəmə işlərinin hesabatı və mühafizəsinin aparılmasını təmin edir;
  • Aparılan yoxlamalarla bağlı müvafiq tədbirlərin görülməsi üçün arayış, hesabat, izahat və başqa materialların vaxtında təqdim edilməsinə, aidiyyəti olan şəxslərlə birlikdə verilmiş əmr və digər normativ aktların icrasının təmin olunmasına nəzarət edir;
  • İcraatında olan işlər üzrə əlavə sübutların toplanılmasını həyata keçirir;
  • Məhkəmə instansiyalarında mübahisələndirilən məhkəmə aktlarına yenidən baxılması üçün prosesual müddətlərə riayət edilməklə məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə əsaslandırılmış şikayətləri hazırlayaraq təqdim edir;
  • İnzibati tənbehvermə haqqında qərarların icra olunmasına nəzarət edir, nöqsanlar aşkar edilərək icra olunmadan geri qaytarılan icra sənədinin təhlil edilməsi və yenidən icraya yönləndirilməsini təmin edir;
  • İş üzrə icraata xitam verilməsinə dair müvafiq sənədlər hazırlayır;
  • İdarənin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələri yerinə yetirir.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən orta səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız