Aparıcı məsləhətçi - monitorinq üzrə (İsmayıllı)

İsmayıllı

Ekologiya və təbii sərvətlər nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və monitorinq işini təşkil edir;
  • Ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar torpaqdan, su hövzələrindən və atmosfer havasından nümunələrin götürülərək analitik ölçmələr və labaratoriya analizlər aparır;
  • Atmosfer havasına, su obyektlərinə, torpağa, yerin təkinə, bitki örtüyünə və heyvanat aləminə antropogen təsirlərin müəyyən edilməsi məqsədilə monitorinq müşahidələrini aparır;
  • Ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasında iştirak edir;
  • Ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiq və ödənilməsinə ümumi nəzarətin həyata keçirir;
  • Xidməti ərazidə dövlət ekoloji ekspertizazı rəylərinin tələblərinə riayət edilməsinə nəzarət edir;
  • Təbii ehtiyyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinin monitorinqini aparır;
  • Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin qorunmasına dair monitorinqlərin keçirir;
  • Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə dair monitorinqlərin keçirir;
  • Su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənməsinə dair monitorinqlərin keçirir;
  • Ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edilməsi və satışının qarşısının alınması istiqamətində davamlı monitorinq tədbirlərini keçirir;
  • Dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahısının müəyyən edilməsində iştirak edir;
  • Fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxır və müvafiq tədbirlər görür;
  • Xidməti ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatların hazırlayır və aidiyyəti üzrə təqdim edir;
  • İdarənin Əsasnaməsində nəzərədə tutulmuş aidiyyəti üzrə digər vəzifələrin yerinə yetirir.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdəazı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: texniki və texnoloji ixtisaslar qrupu, təbiət ixtisasları qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, coğrafiya müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, kimya və biologiya müəllimliyi , tarix və coğrafiya müəllimliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən orta səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

Telegram kanalımız