- Dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirak edir
- Yaradıcı gənclərin problemlərinin öyrənilməsində iştirak edir
- Gənclərin asudə vaxtının təşkili üzrə vəziyyətin öyrənilməsində və təhlil edilməsində iştirak edir
- Gənclər arasında innovativ düşüncə qabiliyyətinin formalaşdırılması işinin təşkilində iştirak edir
- Fəaliyyət sahəsi üzrə təkliflər hazırlayır
- Sektora daxil olan müraciətlərin araşdırır və cavablandırır
- Fəaliyyət sahəsi üzrə təhlilin aparılmasında iştirak edir
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;