Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • yerli statistika orqanları üçün statistik işlər proqramında nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün ona həvalə olunmuş tapşırıqları yerinə yetirir;
  • rəsmi statistika müşahidə formaları üzrə məlumatların statistik vahidlərdən toplanmasını və elektron informasiya sisteminə daxil edilməsini təmin edir;
  • müvafiq rəsmi statistika və müşahidə formaları üzrə əldə edilmiş məlumatların tamlığını və keyfiyyətini yoxlayır, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görür;
  • tabe olduğu şəxs (şəxslər) tərəfindən özünün qulluq funksiyalarına aid məsələlər üzrə verilmiş digər tapşırıqları icra edir;
  • seçmə şəbəkəsinə daxil edilmiş respondentlərə baş çəkməklə onlardan məlumatların müəyyən edilmiş plan və qrafik əsasında toplanmasını təmin edir.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, riyaziyyat, kompüter elmləri, sosiologiya, kompüter mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , sistem mühəndisliyi, informasiya texnologiyaları, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sosial iş ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

Telegram kanalımız