Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdarənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsini təmin edir;
  • İlkin mühasibatlıq sənədlərinin, hesablaşmalarının və ödəniş sənədlərinin hazırlanmasını təşkil edir;
  • İşçilərin əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri üzrə ödəniləcək vəsaitlərin hesablanmasını və ödənişini təmin edir;
  • Bank əməliyyatlarını aparır;
  • Xəzinə əməliyyatları ilə əlaqədar öhdəlik, mal alışı sənədi, kassa xərclərinin sifarişini hazırlayır;
  • Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələri vergi orqanlarına təqdim edir;
  • Mühasibat balansını hazırlayır və Dövlət Statistika Komitəsinə təqdim edir;
  • Aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılmasını təşkil edir;
  • İdarədə satınalma prosesinin həyata keçirilməsini təşkil edir;
  • Statistik və digər hesabatları hazırlayır və aidiyyatı üzrə təqdim edir;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşməni təmin edir;
  • Vəzifə üzrə rəhbəlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatı İctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Oxşar vakansiyalar

 
  • Bakı

  • 1000 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 1500 - 2000 AZN

  • Bakı

  • 731 - 482 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız