- yerli statistika orqanları üçün statistik işlər proqramında nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün ona həvalə olunmuş tapşırıqları yerinə yetirir;
- rəsmi statistika müşahidə formaları üzrə məlumatların statistik vahidlərdən toplanmasını və elektron informasiya sisteminə daxil edilməsini təmin edir;
- müvafiq rəsmi statistika və müşahidə formaları üzrə əldə edilmiş məlumatların tamlığını və keyfiyyətini yoxlayır, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görür;
- tabe olduğu şəxs (şəxslər) tərəfindən özünün qulluq funksiyalarına aid məsələlər üzrə verilmiş digər tapşırıqları icra edir;
- seçmə şəbəkəsinə daxil edilmiş respondentlərə baş çəkməklə onlardan məlumatların müəyyən edilmiş plan və qrafik əsasında toplanmasını təmin edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər