- yerli statistika orqanları üçün statistik işlər proqramında ev təsərrüfatları büdcələrinin tədqiqatı ilə bağlı nəzərdə tutulmuş statistik işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün vəzifə bölgüsü üzrə ona həvalə olunmuş tapşırıqları icra edir;
- seçmə şəbəkəsinə daxil edilmiş ailələrə müəyyən edilmiş plan və qrafik əsasında baş çəkir, ev təsərrüfatları büdcələrinin tədqiqatı ilə bağlı Dövlət Statistika Komitəsinin proqramlarına, tövsiyə və göstərişlərinə uyğun olaraq seçmə şəbəkəsinə daxil edilmiş ev təsərrüfatları arasında sorğuların aparılmasını həyata keçirir;
- ev təsərrüfatları büdcələrinin tədqiqatı ilə bağlı “Gündəlik xərclərin uçotu”nun bilavasitə ev təsərrüfatlarının üzvləri tərəfindən doldurulmasına nəzarət edir və bu məqsədlə mütəmadi olaraq izahat işləri aparır;
- müvafiq sorğu anketləri üzrə əldə edilmiş məlumatların tamlığını və keyfiyyətini yoxlayır, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görür;
- gündəlik gəlir və xərclərin uçotunu apardıqlarına görə sorğu olunan ailələrə pul vəsaitinin verilməsi məqsədilə plastik kartların hazırlanması üçün tələb olunan məlumatları yoxlayır və aşkar olunan uyğunsuzluğun vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görür;
- tabe olduğu şəxs (şəxslər) tərəfindən özünün qulluq funksiyalarına aid məsələlər üzrə verilmiş digər tapşırıqların icrasını təmin edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;