Aparıcı məsləhətçi (Hüquqi təminat və sənədlərlə iş şöbəsi)

Bakı

Diasporla İş üzrə Dövlət Komitəsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Komitədə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair müvafiq işləri həyata keçirir
  • Komitə üzrə ümumi və struktur bölmələr üzrə xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri barədə hesabatı tərtib edir
  • Komitənin dövlət qulluqçularının və işçilərinin şəxsi işlərini qanunvericiliyə uyğun olaraq aparır, təqdim edilmiş sənədlərin  tamlığını, onların qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və şəxsi işlərin mühafizəsi istiqamətində digər zəruri tədbirlər görür
  • Qüvvədə olan qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərini tərtib edir, əməkdaşlara məzuniyyətin verilməsi ilə bağlı müvafiq işləri görür, onların qeydiyyatını və elektron qaydada uçotunu aparır
  • İnsan resursları ilə bağlı müqavilələri hazırlayır, müqavilələrə əlavə və dəyişikliklər edir
  • Əməkdaşlara xidməti fəaliyyətləri ilə bağlı arayışların hazırlanmasını həyata keçirir
  • Əməkdaşlara xidməti vəsiqələrinin verilməsini həyata keçirir
  • Əmək kitabçalarını açır, əmək kitabçalarının içərisində müvafiq qeydlər aparır, onların qeydiyyatını aparır və saxlanılmasını həyata keçirir
  • Sektora vətəndaşlardan daxil olan məktubları aidiyyatı üzrə icra edir
  • Struktur bölmələrindən ezamiyyə ilə bağlı hesabatların alınmasını, qeydiyyatının aparılmasını və saxlanılmasını həyata keçirir
  • Əmr layihələri hazırlayır
  • Tabeli hazırlayır
  • İmzalanmış əmrlərin qeydiyyata alınmasını, saxlanılmasını və göndərilmə siyahısı üzrə çatdırılmasını həyata keçirir
  • Əmrlərin elektron bazasını yaradır və davamlı şəkildə yeniləyir
  • Aylıq, rüblük əmək statistikası ilə bağlı hesabatları təqdim edir
  • Xəstəlik vərəqələrinin müvafiq qaydada yazılmasını, qeydiyyatının aparılmasını və aidiyyatı üzrə şöbəyə çatdırılmasını həyata keçirir
  • Komitə əməkdaşları barədə məlumat bazasını hazırlayır və yeniləyir
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız