- normativ hüquqi aktların və normativ xarakterli aktların, onlara edilmiş əlavə və dəyişikliklərin sistemləşdirilməsini və kodlaşdırılmasını təmin edir
- məcəllələrə edilmiş dəyişikliklərin elektron qaydada hakimlərə çatdırılmasını təmin edir
- məhkəmənin hakimlərinə və aparat işçilərinə fəaliyyətləri ilə bağlı zəruri olan normativ hüquqi aktların axtarılıb tapılmasında köməklik göstərir
- məhkəmənin fəaliyyəti ilə bağlı qanunvericilik və icra hakimiyyəti orqanlarından, yuxarı məhkəmələrdən daxil olmuş normativ hüquqi aktların, qərarların sistemləşdirilərək xronoloji ardıcıllıqla yığılmasını, nomenklatur qovluqlarda saxlanmasını və çoxaldılıb aidiyyəti üzrə paylanmasını təmin edir
- normativ hüquqi aktların nəzarət nüsxələrinin aparılmasını təmin edir
- normativ hüquqi aktların nəzarət nüsxələrindən, habelə hüquqi ədəbiyyatdan istifadə edilməsi məqsədilə kitabxana işini təşkil edir
- məhkəməyə daxil olan qanunvericilik ədəbiyyatının qeydiyyatının aparılmasını, aidiyyəti hakimlərə çatdırılmasını və bir nüsxəsinin məhkəmə kitabxanasında saxlanılmasını təmin edir
- məhkəmədə qanunvericilik aktlarına və hüquq ədəbiyyatına olan tələbatı öyrənir və onların əldə edilməsi məqsədi ilə sifariş edilməsi üçün təkliflər verir
- kitabxananı təşkil edən nəşrlərin tamlığını qoruyur
- məhkəmədə kitabxana işinin təşkili və aparılması ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin edir
- «Azərbаycаn Respublikаsının məhkəmələrində kаrgüzаrlığın аpаrılmаsınа dаir Təlimаt»a əsasən vəzifəsi üzrə kitabların və qovluqların aparılmasını təmin edir
- vəzifəsi üzrə digər tapşırıqları yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;