- məhkəmə icraatında olan işlərlə əlaqədar daxil olan müraciətlərin, ərizə və şikayətlərin araşdırılması və cavablandırılması
- məhkəmə icraatı ilə bağlı yekun məhkəmə aktlarının layihələrinin hazırlanması
- Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarının qanunla müəyyən edilmiş müddətlərdə tərəflərə göndərilməsi
- Mülki məhkəmə icraatı ilə bağlı apellyasiya mümkün hesab edildikdə, apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin sürətlərinin əks tərəfə rəsmən təqdim edilməsi
- Mülki məhkəmə icraatı ilə bağlı hər bir iş üzrə qətnamə və qərarların sürətinin, eləcə də birinci instansiya məhkəməsinin ləğv edilmiş və ya dəyişdirilmiş qətnamə və qərarlarının sürətinin məhkəmənin internet səhifəsində yerləşdirilməsi üçün bu işə məsul olan şəxsə təqdim edilməsi və s.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;