- məhkəmə qərarlarının layihələrinin hazırlanmasının təmin edilməsi
- icraatda olan işlərin və hakim tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi
- məhkəmə qərarlarının çap edilməsi, lazımi sayda çoxaldılması, aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi
- icraatında olan işlərin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi və s.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;