Müştəri Meneceri, Korporativ Müştərilər üzrə

Bakı

PAŞA Kapital
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Məhsulların satışından, gəlirlikdən və müştəri məmnunluğunun artırılması nəticəsində portfelin böyüməsini təmin etmək;
  • Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması, yeni bizneslərin cəlb edilməsi;
  • Müştəri ilə əməkdaşlıq səviyyəsinin və şirkət payının  artırılması;
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;
  • Şirkət brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;
  • Müştəri sorğularının vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlər görmək;
  • Şirkətin və müştərilərin məlumatlarının məxfiliyinin qorunmasını təmin etmək;
  • Müştəri kredit və ya digər şirkət məhsulu üzrə müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparıb, qaydalara və qanunvericiliyə uyğun olaraq  təkliflərin hazırlanması;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.

Xüsusi tələblər

  • Maliyyə, İqtisadiyyat üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 2-3 il iş təcrübəsi (investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur);
  • İnvestisiya şirkəti fəaliyyətinə dair biliklər;
  • Lisenziya / Sertifikat: CFA (1 və ya 2 dərəcə);
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • MS Office istifadə bacarığı;
  • Bazar üzrə biliklər: Maliyyə və Kapital bazarları;
  • Diplomatik ünsiyyətə sahib olmaq;
  • Zamanın səmərəli və effektiv idarəedilməsi;
  • Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız