- məhkəməyə daxil olan işlər barədə məlumatların, yekun məhkəmə aktlarının, habelə müraciətlərin və xidməti fəaliyyətlə bağlı digər informasiyaların elektron informasiya bazasında yerləşdirir
- informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən daxili şəbəkənin işlək vəziyyətdə saxlanılmasını və səmərəli istifadə olunmasını təmin edir
- elektron sənəd dövriyyəsi və işlərin idarə edilməsi sistemi ilə əlaqədar hakimlər və məhkəmə işçilərinə texniki yardım göstərir və s.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;