- məhkəmə iclasında iştirak etmələrinə dair məktubların (bildirişlərin) işdə iştirak edən şəxslərə göndərilməsini təmin edir
- məhkəmə iclasına çağrılanlardan gələnlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, gəlməyənlərə bildirişlərin verilib – verilmədiyinin aydınlaşdırılması, onların gəlməmələrinin səbəbləri barədə əldə etdiyi məlumatların məhkəmə heyətinə çatdırır
- məhkəmə iclasının hazırlanması və keçirilməsi ilə əlaqədar zəruri olan digər təşkilati işlərin həyata keçirir
- qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəmə iclasının protokolunun tərtib edir
- icraatı başa çatmış işlərdə olan sənədlərin siyahısını tərtib edir, müvafiq vəzifəli şəxsə təhvil verir və s.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;