Məhkəmə iclasının katibi

Gəncə

Gəncə Kommersiya Məhkəməsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Məhkəmə iclaslarının protokollarının qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlanması;
  • icraatında olan işlərin və hakim tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi;
  • məhkəmə iclaslarında iştirak etmələrinə dair məhkəmə bildirişlərinin işdə iştirak edən şəxslərə göndərilməsinin təmin edilməsi;
  • “Elektron məhkəmə” informasiya sisteminin yaradılmış məhkəmələrdə həmin sistemin tətbiq edilməsi, elektron statistika sistemini təmin etmək məqsədilə yekunlaşdırılmış işlər üzrə nəticələri və yekun məhkəmə aktlarının sistemə daxil edilməsi; 
  • məhkəmə iclasına çağrılanlardan gələnlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, gəlməyənlərə bildirişlərin verilib – verilmədiyinin aydınlaşdırılması, onların gəlməmələrinin səbəbləri barədə əldə etdiyi məlumatların məhkəmə heyətinə çatdırılması;
  • məhkəmə iclasının hazırlanması və keçirilməsi ilə əlaqədar zəruri olan digər təşkilati işlərin həyata keçirilməsi;
  • sənədlərin personal kompüterdə tərtib edilməsi;
  • məhkəmə qərarlarından, qərardadlarından və qətnamələrindən verilmiş şikayətlərlə əlaqədar işlərin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi;
  • məhkəmə sirrinin qorunması;
  • məhkəmə sədrinin əmrlərinin və tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB2

Telegram kanalımız