Kassir-nəzarətçi (Sumqayıt)

Sumqayıt

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sərnişin biletlərinin, plastik kartların satışı və geri qaytarılmasının həyata keçirilməsi;
  • Növbə ərzində pul vəsaitlərinin, material qiymətlərinin qorunub saxlanılmasının təmin edilməsi;
  • Növbənin sonunda bilet satışından əldə olunmuş pul vəsaitinin müəyyən olunmuş qayda əsasında inkassatora təhvil verilməsi;
  • Sərnişinlərin yalnız turniket keçidindən istifadə etməklə elektrik qatarlarına və əksinə keçmələrinə nəzarət edilməsi və köməklik göstərilməsi, qatarlara təhlükəsiz minib-düşməsinin təmin və təşkil edilməsi;
  • Biletsiz sərnişinlərin buraxılmamasına nəzarət edilməsi;
  • Şəhərətrafı qatarların hərəkət cədvəllərində baş vermiş dəyişikliklərlə sərnişinlərin vaxtında məlumatlandırılması;
  • Avtomatlaşdırılmış qurğuların və digər avadanlıqların fasiləsiz işləməsinə nəzarət edilməsi;
  • Şəhərətrafı elektrik qatarlarına keçid hissədə, kassa otaqlarında, xidməti-texniki otaqlarda, platformalarda təmizlik işlərinin aparılması və təmiz saxlanılmasının təmin edilməsi.
  • Ünvan Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassi küçəsi

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Orta təhsil
  • Sahə üzrə iş təcrübəsi 3 il
  • Bilet satışına dair biliklər;
  • Şəhərətrafı qatarlarda gediş qaydalarına dair biliklər;
  • Sərnişinlərin gediş sənədlərinin yoxlanılması və onların minik üçün buraxılması qaydasına dair biliklər;
  • Sərnişin daşınmasında xidmət qaydaları ilə bağlı əmrlər, təlimatlar, normativ və digər sənədlərə dair biliklər;
  • Sərnişin, baqaj və yük-baqajın daşınması qaydasına dair biliklər;
  • Qatarların hərəkət cədvəli, qatarların hərəkət marşrutu, istiqamətlər üzrə gediş qiymətlərinə dair biliklər;
  • Dəmir yolu müəssisələrində işçilərin intizam nizamnaməsinə dair biliklər; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydaları.
  • Fərdi keyfiyyət göstəriciləri
  • Keyfiyyət yönümlülük
  • Müştəri yönümlülük
  • Diqqətlilik
  • Digər tələb və üstünlük göstəriciləri 40 yaşadək qadın namizədlərə üstünlük verilir.
  • Komputer bilikləri MS Office-orta
  • Dil bilikləri Rus-orta İngilis-orta

Telegram kanalımız