Bakı şəhərində yerləşən Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə birdəfəlik məhsulların tanıtımını və aktiv satışı həyata keçirmək
Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
Məhsul və xidmətləri müştərilərə tanıtmaq
Satışın stimullaşdırılması üçün təkliflər vermək
Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq
Müştəri bazasının artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək
Əmək haqqı 500 AZN fix əmək haqqı + yanacaq pulu + amartizasiya xərci + satışdan faiz
İş qrafiki: Həftə içi 6 iş günü, bazar günü istirahət günü
Xüsusi tələblər
Şəxsi avtomobil mütləq olmalıdır
Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır)
Komandada və stres altında işləmək bacarığı
Yaş həddi 18-40 arası
Ünsiyyətcil və inandırma bacarığı
Öz üzərində işləyən, inkişafa meyilli
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
Satışın analizini aparmaq bacarığı
Vaxtın səmərəli idarəolunması bacarığı
Sürücülük vəsiqəsi
(Avtomobili olan xanımlar da bizimlə əməkdaşlıq edə bilərlər)