Kənd təsərrüfatı bitkilərinin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkil edilməsi;
Daimi sahə yoxlamalarının aparılması;
İstixananın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək;
Məsuliyyət daşıdığı istixana daxillərində yığım proqramlarını, gübrələmə-dərmanlama prosesini izləmək və bu işlərin görülməsini icra elətdirmək;
İstixananın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
Bitkinin inkişaf mərhələsinə uyğun olaraq gübrələnməsi və mineralların verilməsini təmin etmək;
İşçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsi.
Bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını təşkil edir və icrasına nəzarət edir
Hər tədbirin nə vaxt, bitki növləri üzrə hansı dövrdə aparılması üzrə iş planı hazırlayır və onların düzgün tətbiq edilməsinə nəzarət etməklə bu işlərə məsuliyyət daşıyır.
Yüksək məhsuldarlığın əldə olunması üçün təcrübə əkinləri təşkil edir və effektiv üsul vasitələrdən istifadə edir
Növbəli əkin planları tərtib edib rəhbərliyə təsdiqlədir
Əkin planına uyğun toxum, gübrə, bitki mühafizə vasitəsi və s olan ehtiyacı hesablayır və vaxtında alınması sifarişlərin yaradılmasını təmin edir
Zərərvericilərə, xəstəliklər və alaq otlarına qarşı mübarizə işlərini planlaşdırır və icrasına nəzarət edir
Mineral və üzvü gübrələrin düzgün saxlanılması və sahələrə verilməsini təşkil edir
Torpağın məhsuldarlığını artırmaq, əkin dövriyyəsini tətbiq etmək, təbii torpaqları yaxşılaşdırılması və eroziyadan qorunması üzrə işlərin icrasını təşkil edir
Məhsuldarlığın artırılması məqsədilə torpaq nümunələrinin laboratoriya yoxlanışını təmin edir
Kənd təsərrüfatı texnikasından səmərəli istifadə olunması, ehtiyat hissələrinin hazırlanması və təmir işlərinin vaxtında həyata keçirilməsini təşkil edir
Suvarma ehtiyacını müəyyənləşdirir, suvarmanı təşkil edir və suvarma qurğularının işinə nəzarət edir
Yeni texnika alınmasına olan ehtiyacları müəyyənləşdirir və rəhbərliyə məlumat verir.
Aqronomiyaya aid bütün sənədlərin tərtib olunması və aylıq, rüblük, illik hesabatların hazırlanmasını icra edir
Əmək haqqı 2000 azn.
Xüsusi tələblər
Təhsili: Ali təhsil, (Aqronomluq, Biologiya, Kimya,Torpaqşünaslıq)
Müvafiq sahədə ən azı 5 il təcrübə
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili arzu olunandır
Kompüter bilikləri: Microsoft Office, Outlook, Priva proqramını bilməsi üstünlükdür
Komandada işləmək bacarığı
Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı
İdarəetmə təcrübəsi, analitik düşünmə
Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq
Aqrotexniki tədbirlərin görülməsi, istehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq.