Yeni hesabatların hazırlanması və mövcud hesabatların yeni tələblərə uyğun dəyişdirilməsi üzrə daxil olmuş tələblərin təhlili,risklərin müəyyən olunması, mümkün həll yollarının müəyyən edilməsi və tətbiqi;
Cəmiyyətin məlumat domen-lərinə texniki dəstək verilməsi işinin təşkili(Custadion);
Məlumatların müxtəlif sistemlərdən hesabatlıq sisteminə transfer olunması (Funksiya, Trigerlər) üçün proqram təminatının (ETL proseslər, prosedur / funksiyalar və s.) hazırlanmasında uyğun həll yolunun seçilməsi və tətbiq edilməsi;
Hesabatların tərtib edilməsi üçün verilənlər bazasının arxitekturasının yaradılmasında uyğun həll yolunun seçilməsi və tətbiq edilməsi;
Hesabatlıq sistemi üzrə istifadəçi hesablarının idarə olunması, müvafiq səlahiyyətlərin verilməsi / dəyişdirilməsi işinin təşkili;
Məlumat Anbarının (Data Warehouse) mövcud dizaynına və modelinə texniki və bizness tərəfdən dəstək göstərilməsi,ehtiyac olduqda yeni dizaynının yarıdılması və modelləşdirilməsinin təmin edilməsi işinin təşkili;
Məlumat bazası üzrə dəyişikliklərin idarəolunması (Change management);
Məlumatların vizuallaşdırılması
Cİ/CD proseslərinin avtomatlaşdırılması və nəzarət edilməsi;
Hesabatların avtomatlaşdırılması
Cəmiyyətin balansına daxil olan məlumat bazası idarəetmə sistemlərinin istifadəçi ehtiyaclarının müəyyən olunmasına, məlumatın rahat və sürətli əldə olunmasına (optimallaşdırmaq), statistikanın və performansın saxlanmasına nəzarət etmək;
Hesabatlılığın təkmil işləməsi üçün əlaqələrin ,modelin düzgün qurulması, “Data Analitik İfadələr”in (DAX) yazılması
Xüsusi tələblər
İş təcrübəsi: SQL&Bİ proqramçı kimi 2 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İnformasiya Texnologiyaları ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
Kompüter bilikləri: MSSQL(T-SQL):əla , SSRS:əla, PowerBI:əla , SSIS:orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma