Sektor müdiri / İnsan resurslarının idarəolunması şöbəsi / Təşkilati inkişaf sektoru

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •  Təcrübə proqramlarının idarəedilməsi: Ali təhsil müəssisələri ilə bağlanılan memorandumların, istehsalat təcrübəsinin keçirilməsi ilə bağlı layihələrin hazırlanması, tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində lazımı tədbirlərin görülməsi,
  •  İstedların idarəedilməsi: Struktur bölmələr üzrə iş analizlərinin aparılmasını, struktur bölmə rəhbərlərindən səriştə xəritələrinin toplanmasını, vəzifə təlimatlarının səriştə xəritələrinin əsasında təkmilləşdirilməsini, əmək fəaliyyətinin qiymətləndirilməsi üçün indiqatorların təyin edilməsini təşkil etmək;
  •  Performans idarəetmə: Struktur bölmələr üzrə əmək fəaliyyətinin qiymətləndirilməsi istiqamətində Cəmiyyətdaxili normativ sənədlərə əsasən şöbə üçün müəyyən edilmiş öhdəliklərin icra edilməsində iştirak etmək;
  •  Cəmiyyət daxilində təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlim ehtiyaclarına uyğun illik təlim planının tərtib edilməsini təşkil etmək;
  •  Cəmiyyətdə və onun struktur bölmələrində işçilərin strateji vəzifələrə yetişdirilməsi üçün tədbirlər görülməsində iştirak etmək;
  •  Şöbənin illik büdcəsinin tərtib edilməsinə iştirak etmək
  •  Şöbədaxili hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək;
  •  Təşkilatın inkişafı istiqamətində daxili sorğuların keçirilməsi ( 360, İşçi bağlılığı sorğuları və s)
  •  İşə uyğunlaşma proqramı.
  •  Rəhbərlik və işçi heyəti üçün ümumi mükafatlandırma strategiyasının, siyasətlərinin və alətlərinin müəyyən edilməsi

Xüsusi tələblər

  •  Ali Təhsil.
  •  Müvafiq sahə və ya yuxarıda qeyd olunan tələblər üzrə təcrübə müddəti - ən azı 4 il.
  •  HR BP Ekspert vəzifəsində en az 3 il təcrübəsi olmuş namizədlərə üstünlük verilir.
  •  Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı
  •  Kompüter bilikləri: Office proqramlarından yüksək səviyyəli istifadəçi bacarığı tələb olunur
  •  Əməkdaşlıq, məsuliyyətlilik, təşəbbüskarlıq, liderlik bacarıqları.
  • İş saatları: 09:00 – 18:00;
  •  Nahar fasiləsi: 13:00-14:00;
  •  Şənbə və Bazar istirahət günüdür.

Telegram kanalımız