İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi (I - V günlər, 09:00 - 18:00 VI gün 09:00- 15:00);
Əmək haqqı 600 - 1000 AZN
Qeyd: Qalib gələn tenderlərdən bonus mükafat
Xüsusi tələblər
Ali təhsil
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
MS Office biliklərinə malik olmalı
Azərbaycan, İngilis və Rus dillərini bilməli
İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş, şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi izlənməsi və təhlilinin aparılması;
Maraq dairəsində olan elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
Tenderin şərtlər toplusunun əldə olunması üçün tələb olunan müraciət və ödənişin icra edilməsi;
Tenderə qatılmaq üçün sənəd toplusunun "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə və tender elan etmiş təşkilatın tələbinə uyğun hazırlanması;
Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
Tender proseslərinin gedişi haqqında gündəlik, həftəlik, aylıq hesabatların hazırlanması