İş qrafiki: Həftənin 6 günü (bazar günü istirahət)
İş saatı: 09:00 dan-18:00 dək
Nahar şirkət tərəfindən verilir
Ofis Zabrat 2 də yerləşir
Servis movcuddur (Köroğlu m/st)
Vergi, statistika və DSMF hesabatların hazırlanması
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək
Hesab və elektron qaimə-fakturaların yazılması
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
Gündəlik hesabları üzrə qalıqlar hesabatı
Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi
Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi
Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
İş prosesində məlumatların məxfiliyinin saxlanılması
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Əmək haqqı razılaşma yolu ilə müsahibə əsasında təyin olunacaq
Xüsusi tələblər
Yalnız Qadın namizədlər.
Dil bilikləri- Azərbaycan və Rus dilini sərbəst bilməli
Təhsil: Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
İş təcrübəsi: Böyük mühasib kimi satış sahəsində ən azı 3 il iş təcrübəsi;
MS Office, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli
1C 8.3 versiyalarını mükəmməl bilənlərə üstünlük verilir