Mühasib/Aparıcı Mühasib

Bakı

Trawell Group
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək; 
• Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi; 
• E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi; 
• Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi; 
• Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması; 
• Gənc və professional kollektivlə çalışmaq 
• Yüksək komanda ruhunda əməkdaşlıq 
• Karyera inkişafı üçün şərait 
• Mərkəzdə yerləşən ofis 
• İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar) 
• Əmək haqqı: 1000-1200 AZN (Əmək haqqı təcrübəyə və KPI göstəricilərinə əsasən artandır) 
• Ünvan: Bəşir Səfəroğlu 133 

Xüsusi tələblər

• Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil; 
• İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi təcrübəsi olanlar, Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir); 
• Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı); 
• ACCA-FA üzrə sertifikat mütləqdir (Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür); 
• Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə; 
• Praktiki İngilis dili; 
• Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı; 
• Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı; 
• Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq; 
• Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları; 
• Yaş həddi: 30 yaşa qədər 

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız