Abşeron Logistika Mərkəzi araşdrma aparmağı sevən, özünəgüvənən, yüksək təqdimat və təhlil bacarığı olan, beynəlxalq və yerli yükdaşıma əməliyyatları sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik, vaxtını idarə etməyi bacaran gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir.
Bu proqramda iştirak etməklə, Siz logistika, beynəlxalq karqo yükdaşımalarının təhlili, maliyyə, mühasibatlıq, analitik təhlil sahəsində yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.
Sizə nə təklif edirik? Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
Anbar, nəqliyyat, yükdaşımalar, daxili və beynəlxalq yükdaşıma proseslərinin məlumat bazası ilə işləmək imkanları;
Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
Xüsusi tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə, analitik təhlil sahələrində);
Azərbaycan dili əla səviyyədə, İngilis dili və Rus dili arzuolunandır;
MS Offise proqramlarında, xüsusilə Excel (pivot table), Power BI –də yüksək səviyyədə iş bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
Yüksək araşdırma və tədqiqat bacarığı;
Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
Məntiqi təfəkkür və analitik təhlil bacarığı;
Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək? Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
Məlumatların təhlili və hesabatların hazırlanması;
Logistika sahəsində istifadə edilən xüsusi proqramlarla işləməyi öyrənmək;
Yükdaşıma əməliyyatları ilə bağlı analitik təhlilin təmini;
Anbar əməliyyatları ilə bağlı analitik təhlilin təmini;
Maliyyə hesabatları ilə işləməyi öyrənmək;
Proseslərin təhlili və hesabatların əldə edilməsi;
Dövri hesabatların hazırlanması və təqdim edilməsi.