İnsan resursları üzrə mütəxəssis (Kürdəmir)

Kürdəmir

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

•    Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
•    İşçilərin şəxsi işlərinin formalaşdırılması;
•    Əmək kitabçalarına qeydiyyatların aparılması;
•    Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
•    İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
•    İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
•    Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
•    Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
•    Həftə içi 5 gün, 09:00-18:00
•    Kürdəmir rayonu. 
•    Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Xüsusi tələblər

•    İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
•    Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalı,
•    MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
•    AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
•    Miqrasiya məcəlləsini bilməlidir

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız