Anbardar köməkçisi

Bakı

Palıd- 2015 MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işində anbardara kömək edir;
• Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, sayına düzgün nəzarət edilməsinə (Şirkətin sənədi üzərində), saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına kömək edir;
• Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;
• Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun kompyuter proqramı və sənəd üzərində aparılmasına kömək edir;
• İş saatı: 09:00-dan 18:00- a dək;
• İstirahət günləri : Bazar günü;
• Nahar şirkət tərəfindən verilir;
• Əmək Müqaviləsinə əsasən işə qəbul;
• Iş yeri: Keşlə qəsəbəsi

Xüsusi tələblər

• Təhsil: Ali təhsilli;
• Yaş həddi: 20-35;
• Cinsi: Kişi;
• Dillər: Azərbaycan dili;
• Kompüter biliyi: Microsoft Office: 1C
• Anbardar köməkçisi kimi minimum 1 il iş təcrübəsi.
• Fikrini izah etmək qabliyyəti;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması;
• Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız