Anbardarın əsas öhdəliyi “” MMC-in Anbarına daxil olan mal -materialların təhlükəsizlik qaydalarına, saxlanılma rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsindən ibarətdir.
Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir;
Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal Mühasibat Uçotu və Hesabatlar Sektorunu məlumatlandırır;
Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət edir;
Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat təqdim edir;
Anbar əməliyyatlarının uçot və hesabatlarının aparır;
Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin edir, saxlanılması, sərfiyyatına nəzarəti təmin edir və sərfiyyata dair hesabat verir;
Şöbənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
İş yükü artıq olduğu zaman (mütəmadi olaraq) və struktur bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Şöbənin digər struktur bölmələrinin işində dəstək olur;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Ezamiyyələrə və bölgələrdə işləməyə hazır olmalıdır.
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş yeri bölgədədir
6 günlük iş rejimi
Həftə içi günlər saat 10:00-dan 18:00-dək
Şənbə günü 10:00-dan 16:00-dək
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.
Xüsusi tələblər
Ali və ya ixtisas təhsili
Sahəsi üzrə 5 il əmək stajına malik olmalıdır;
Hər növ nəqliyyatda yük daşınmasının təşkili barədə məlumatlı olmalıdır;
Prosesləri mükəmməl bilməlidir;
Malların və avadanlıqların xüsusiyyətlərini bilməlidir;
Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir;
Stressə davamlı olmalıdır;
Sahəsinə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
Kompüter bilikləri üzrə : MS Office və Outlook (xüsusi ilə Excell) proqramlarını mükəmməl bilməlidir;
Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabiliyyəti arzu olunandır;
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları;