Beynəlxalq mühasibat və vergi tələblərinə uyğun mühasibat uçotunun aparılması
Fondun büdcə daxilolmaları və vəsaitlərinin çıxarılmasının cari vəziyyəti haqqında gündəlik hesabatların hazırlanması
Qanunvericiliyə uyğun olaraq Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna dövri hesabatlar təqdim etmək
Aylıq, rüblük və illik investisiya və idarəetmə hesabatlarının hazırlanması
Fondun törəmə müəssisələrinin büdcələrini hazırlamaq və onun rüblük icrasına nəzarət etmək və rəhbərlik üçün hesabat hazırlamaq
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında Beynəlxalq audit standartlarına uyğun olaraq Fondun kənar auditinin keçirilməsi üçün müsabiqənin keçirilməsi
Audit prosesində müvafiq hesabatların hazırlanması ilə bağlı tələb olunan məlumat və sənədləri təqdim etmək
Fondun və onun törəmə müəssisələrinin illik konsolidə edilmiş maliyyə hesabatlarının auditini və onların təhlilini təşkil etmək və əlaqələndirmək
Vergi hesabatlarının hazırlanması
İkiqat vergitutmanın qarşısının alınması ilə bağlı sənədlərin hazırlanması
Törəmə müəssisələrin vergi öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək
Xüsusi tələblər
Mühasibat, maliyyə və ya iqtisadiyyat sahələri üzrə ali təhsil
ACCA üzvü / tələbələrinə üstünlük verilir
IFRS üzrə ICFM diplomu
Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır.
Mühasibatlıq sahəsi üzrə 3+ il iş təcrübəsi tələb olunur.