Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilmiş dövlət müəssisələri (bundan sonra – portfel şirkətləri) səviyyəsində strategiyaların formalaşdırılmasının təşkili və strateji planların hazırlanması üçün portfel şirkətlərinə metodoloji dəstək göstərilməsi;
AİH-in strategiyasının yenilənməsi və monitorinqi;
Portfel şirkətlərinin ƏSG-lərinin təyin olunması, yenilənməsi və vaxtaşırı monitorinqlərinin təşkil edilməsi;
Portfel şirkətlərinin strategiyalarının dövlət strategiyasına, səhmdarın gözləntilərinə və AİH-in strateji hədəflərinə uyğunluğunun yoxlanılması;
Portfel şirkətlərində maliyyə, kommersiya və digər sahələr üzrə diaqnostikaların təşkil edilməsi;
Portfel şirkətlərinin fəaliyyətlərinin genişləndirilməsi, investisiya imkanları və maliyyə modellərinin təhlili ilə bağlı təqdimatların hazırlanmasına və hazırlanmış hesabatların qiymətləndirilməsinə nəzarət;
Şöbədaxili iş bölgüsünün aparılması, şöbə işçilərinin vəzifələrinin vaxtında və düzgün icrasına nəzarət;
Şöbənin fəaliyyəti və əmək funksiyalarının icrası ilə bağlı departament müdirinə təkliflərin verilməsi.
Xüsusi tələblər
Ali təhsil (maliyyə, biznesin idarə edilməsi və menecment istiqamətləri üzrə);
İxtisası (strategiya, idarəetmə üzrə məsləhət xidmətləri, korporativ maliyyə, qiymətləndirmə, investisiya bankçılığı) üzrə ən azı 6 il iş təcrübəsi (ən azı 3 il idarəetmə təcrübəsi);
CFA sertifikasiyası üzrə ən azı 2-ci səviyyə;
MS PowerPoint proqramında mürəkkəb quruluşlu təqdimatları peşəkar səviyyədə hazırlamaq təcrübəsi;
MS Excel proqramında orta və yuxarı çətinlik dərəcəsinə malik maliyyə modelləri ilə işləmək və onların yığılması və təhlili ilə bağlı təcrübə;
Dil bilikləri: Azərbaycan, İngilis, Rus dilləri;
Yüksək səviyyəli analitik bacarıqlar və strateji düşüncə;
İdarəetmə və komanda qurmaq bacarığı;
Təşəbbüskarlıq, yüksək səviyyədə ünsiyyət, yazı və münasibət qurmaq bacarıqları.