Vaxtından əvvəl avadanlıqların və ehtiyat hissələrinin aşınmasının səbəbini araşdırıb aradan qaldırmaq və bir daha takrarlanmaması üçün tədbir görmək;
Texniki ləvazimatların və avadanlıqların hissələrinin təmirini icra etmək;
İşlək ləvazimatların, tərtibatların qeydiyyatını aparmaq və zamanında ehtiyat hissələrinin sifarisini açmaq;
Təmirdən sonra əsas və yardımçıavadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan çıxarılmağa, təzyiq altında yoxlanılmağa və yük altında istismara verilməsi ilə sazlanmağa hazırlamaq və yoxlamaq;
Quraşdırılan avadanlığın tarazlaşma, mərkəzləşmə, yoxlanılıb düzəldilmə və tənzimlənmə üsullarını təşkil etmək;
Əsas və yardımçı avadanlığın, maşın və mexanizmlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq.
Xüsusi tələblər
Avadanlıqların, qurğuların texniki xüsusiyyətlərini, iş rejimlərini, istismar qaydalarını bilmək;
Kəsici və deşici alətlər və qaldırıcı qurğulardan istifadə etməyi bacarmaq;
Quraşdırma və montaj etməyi bacarmaq;
Quraşdırılan, sökülən, təmir olunan avadanlıqların təyinatını bilmək;
Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatların nomenklaturasını bilmək;
Mexanikləşdirilmiş alətdən istifadə etmə üsullarını bilmək;
Quraşdırılmış avadanlıqların yoxlanıb düzəldilməsinin ən sadə üsullarını bilmək.