Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması
Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi
Dövlət orqanları ilə gündəlik yazışmalar. Kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması
Şəxsi hesab vərəqənin yoxlanılması
Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
Əsas vəsaitlər üzrə amortizasiya hesablanması
Anbarın izlənilməsi, yoxlanılması və nəzarət
Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;
Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow
Rəhbərliyə təqdim edilən gündəlik hesabatlar
Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s
Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin digər tapşırıqlarının və Şirkətin İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası
Əmək şəraitinin şərtləri
İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 08:00-17:00
İstirahət günləri: Şənbə, Bazar
Əmək məzuniyyəti: 30 təqvim günü
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Elmlər akademiyası metro stansiyasının yaxınlığı, Ə.Cəmil 29.
Biz nə təklif edirik Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Peşəkar komanda mühiti
Təlim və inkişaf imkanları
İşçilər üçün qayğı proqramları
Xüsusi tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil
Aidiyyəti sahə üzrə minimum 2-3 illik iş təcrübəsi
Peşəkar səviyyədə Microsoft Office proqramlarını (xüsusilə Excel) bilməli
1C proqramını peşəkar şəkildə bilməli
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli
Verilən tapşırıqları sərbəst həll etmə bacarığına malik olmalı
Eyni vaxtda bir neçə işə fokuslana bilmək
Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların ACCA F3, F7 olması, F9 sertifikatının olması üstünlükdür