“INTERNATIONAL BOKT” Bank Olmayan Kredit Təşkilatı Problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir
Təsvir:
- Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət etmək;
- Bankın mövcüd kredit portfeli üzrə mütəmadi təhlillər aparmaq, kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə etmək;
- Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən etmək və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirmək;
- Borcalanların kredit ödənişlərinə nəzarət etməklə, onların ödəniş intizamını müəyyən etmək;
- Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin filiallar tərəfindən tam və vaxtında aparılmasına nəzarət etmək;
- Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
- Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
- Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
- Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq.
- İş rejimi : 9:00-18:00
- Əmək haqqı 500-1000+ bonus