İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir.
Keyfiyyət standartlarını və təhlükəsizlik qaydalarını planlaşdırmalı və vaxtında təmin etməlidir.
İstehsal fəaliyyəti üzrə hesabatlar vaxtında tərtib və təqdim olunmalıdır.
Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin etməlidir
İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət, zay məhsul buraxılışının qarşısının alınması və minimuma endirilməsi
İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir
İşçilərlə düzgün şəkildə ünsiyyət və davranış qaydalarını bilməlidir
Logistikaya nəzarət
İşçilərin və avadanlıqların maksimim istismarını təmin etməlidir, fasilələri ən minimal həddə çatdırmalıdır.
İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
İş saatı: 08:00-dan 17:00-dək
Xüsusi tələblər
Cins: kişi
Yaş həddi: 35-50 yaşdan yuxarı
Mühəndislik üzrə Ali Təhsil
İş təcrübəsi: İstehsalat sahəsi üzrə ən azı 3-5 il təcrübə
Dil biliyi: azərbaycan, rus dili arzuolunandır
İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri bilməlidir
İstehsalatın təşkilini və texnologiyasını bilməlidir
Əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını bilməlidir.