İş təcrübəsi: Sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Təhsil: İqtisadiyyat və idarəetmə / Maliyyə, mühasibat uçotu və audit, kommersiya, menecment, iqtisadiyyat, biznesin idarəedilməsi və s.
Rəhbərlik tərəfindən verilmiş tapşırığa əsasən Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrinin fəaliyyətinin təhlili və monitorinqini həyata keçirmək;
Əsassız əlillik təyinatlarının qarşısının alınması ilə bağlı önləyici tədbirlərə dair təkliflər hazırlamaq;
Əsassız əlillik təyinatları ilə mübarizədə tədbirlərin həyata keçirmək və aparılan təhlillərin nəticələrinin araşdırılması və tədbirlərin görülməsinə dair təkliflər hazırlamaq;
Əlilliyi doğuran səbəblərin öyrənilməsi, əlilliyin vəziyyəti, əsassız əlilliyin qarşısının alınması sahəsində araşdırmalar aparmaqla əlilliyi olan şəxslərin tibbi-sosial və peşə-əmək reabilitasiyasına dair yeni metodların işlənib hazırlanmasında iştirak etmək;
Üst rəhbərliyin istəyinə uyğun olaraq, müxtəlif spesifik hesabatların hazırlanmasına rəhbərlik və nəzarət etmək;
Əlillik problemlərinə dair araşdırmaların aparılmasında və monitorinqlərin keçirilməsində iştirak etmək, əlilliyin dinamikasına dair təhlillər aparmaq, hesabatlar və proqnozlar hazırlamaq;
Dövrü olaraq (aylıq, rüblük, illik) əlillik təyinatları barədə analitik təhlillər aparmaq və rəhbərliyə təqdim etmək üçün hesabatlar hazırlamaq;
İş planının icrasının təmin edilməsi məqsədilə tələb olunan parametrlər üzrə təhlilin aparılması üçün məlumatların düzgün və tam tərtib edilməsini yoxlamaq, habelə zərurət olduğu halda baxış imkanı olan baza məlumatları ilə tutuşdurmaq və nöqsanların olub-olmamasının müəyyənləşdirilməsinə rəhbərlik və nəzarət etmək;
Əlilliyi doğuran səbəblərin öyrənilməsi, əlilliyin vəziyyəti, əlilliyin qarşısının alınması sahəsində araşdırılmalar aparmaqla əlilliyi olan şəxslərin tibbi-sosial və peşə-əmək reabilitasiyasına dair yeni metodların işlənib hazırlanmasında iştirak etmək;
Müvafiq şöbədaxili hesabatların standartlaşdırılması və avtomatlaşdırılması istiqamətində işlər görmək.
Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.
Əmək haqqı: 1300-1600 AZN
İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
Kollektiv mükafat.
İş qrafiki: Həftədə 5 gün
Xüsusi tələblər
Microsoft windows, excel, powerpoint, word, Power Bİ.