- Nazirliyə həvalə olunmuş dövlət əhəmiyyətli tədbirlərin və tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün səlahiyyətləri çərçivəsində müvafiq işlər görür
- Nazirliyin rəhbərliyinin tapşırıqlarının vaxtında və düzgün icra olunmasına nəzarət edir və yaranmış problemlər haqqında nazirliyin rəhbərliyinə vaxtında məlumat verir
- Xidməti pasport, dəvət məktublarının və notaların alınması, viza, konsulluq və protokol məsələlərinin həlli işlərində müvafiq dövlət qurumları ilə və ölkəmizdə akkreditə olunmuş səfirliklərlə əlaqələndirmə işlərinin həyata keçirməsinə nəzarət edir
- Rəhbərliyin iştirakı ilə Nazirlikdə keçirilən rəsmi qəbulların və görüşlərin keçirilməsində təşkilati-texniki tədbirlərin keçirməsinə nəzarət edir
- Rəhbərliyin iştirakı nəzərdə tutulmuş beynəlxalq tədbirlərə və xarici səfərlərə hazırlıq işlərininin həyata keçirməsinə nəzarət edir
- Müvafiq sahələr üzrə mövcud vəziyyəti ümumləşdirərək təhlil edir və mütəmadi olaraq nazirə məlumat verir
- Xüsusi tapşırıqların vaxtında və düzgün icra edilməsinə nəzarət edir və yaranmış problemlər haqqında rəhbərliyə vaxtında məlumat verir
- Müvafiq sahə üzrə nazirin xüsusi tapşırıqlarını yerinə yetirir
- Nazirliyin rəhbərliyinin xüsusi tapşırıqların yerinə yetirilməsini təmin edir
- Nazirliyin fəaliyyəti ilə bağlı müvafiq görüşlərdə nazirini müşayiət edir
- Səlahiyyətləri çərçivəsində rəhbərliyin digər tapşırıqlarını yerinə yetirir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.