- Sektorun əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, xidməti fəaliyyətlərini qiymətləndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;
- Xarici dövlətlər və beynəlxalq qurumlarla müvafiq fəaliyyət sahələri üzrə qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üzrə təkliflər verir;
- Beynəlxalq və regional miqyaslı tədbirlərdə iştirak edir;
- Sektorun fəaliyyəti ilə bağlı aylıq, rüblük və illik hesabatları hazırlayıb təqdim edir;
- Azərbaycan Hökuməti və beynəlxalq donor təşkilatlar, həmçinin xarici ölkələrin donor təşkilatları ilə əməkdaşlıq sazişlərinin layihələrinin hazırlanmasında iştirak edir, onların imzalanması ilə bağlı tədbirləri həyata keçirir və bu sahədə müvafiq təkliflər verir;
- Dövlət orqanlarının texniki yardım və qranta olan ehtiyaclarının araşdırılmasında iştirak edir;
- Təklif edilən layihələrin ölkə prioritetlərinə uyğunluğunun müəyyənləşdirilməsində iştirak edir, prioritet layihələrin ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində maliyyələşdirilməsi üçün aidiyyəti üzrə müraciət edir;
- Dövlət orqanlarının texniki yardım və qrantlarla bağlı müraciətlərini əlaqələndirir və bununla bağlı beynəlxalq təşkilatlarla danışıqlar aparır;
- Texniki yardım və qrantların məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirir;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;