- Xidmətin Aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir
- Xidmətin Aparatının struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və öz səlahiyyəti daxilində həmin bölmələrin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir
- Xidmətin Aparatını təmsil edir, onun işini təkmilləşdirir və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Xidmət rəisinə təkliflər verir
- Xidmət rəisinin sədrlik etdiyi Xidmətin iclaslarının, habelə Xidmət rəisinin və onun müavinlərinin rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin təşkilinin və maddi-texniki təchizatının təmin edilməsinə nəzarət edir
- Müvafiq qanunvericiliyə uyğun olaraq Xidmətin Aparatında informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onun xidməti istifadə üçün nəzərdə tutulması barədə təkliflərini Xidmət rəisinə təqdim edir
- Xidmətin Aparatının struktur bölmələri tərəfindən vətəndaşların qəbulunun təşkili məsələlərinə ümumi rəhbərliyi həyata keçirir
- Xidmətin Aparatının struktur bölmələrinin icraatında olan sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə icra edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir və bu işə nəzarət edir
- Xidmət rəisinin verdiyi səlahiyyətlər daxilində Xidməti Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə təmsil edir
- Xidmətə daxil olan sənədlərin icra vəziyyəti barədə Xidmət rəhbərliyinin mütəmadi olaraq məlumatlandırılması işini təşkil edir
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;