Baş məsləhətçi (Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektoru)

Bakı

İqtisadiyyat Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət proqramlarının və layihələrin hazırlanmasında iştirak edir
  • Xidmətin fəaliyyəti ilə bağlı dövlət proqramlarının, strateji inkişaf planlarının və fəaliyyət planlarının hazırlanması, onların icrasının monitorinqini və qiymətləndirilməsinin aparılması və nəticələri üzrə təkliflərin hazırlanmasında iştirak edir
  • Xidmət tərəfindən icra edilən layihələrin monitorinqi və icraçılar arasında əlaqələndirmənin təşkilində iştirak edir
  • Dövlət proqramları və layihələrin icrası ilə bağlı hesabatların hazırlanmasında iştirak edir
  • Xidmətin strukturları üzrə əsas fəaliyyət göstəricilərinə dair proqnozların hazırlanmasında iştirak edir
  • Xidmətin strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir
  • Şöbənin fəaliyyətini əks etdirən dövrü hesabatların hazırlanmasında iştirak edir
  • Şöbənin iş planı, fəaliyyəti ilə bağlı hesabatların aidiyyəti hissədə və dövrlər üzrə hazırlanmasını təmin edir
  • Sektora daxil olan məktub, müraciət və digər sənədlərə baxılması, cavabların hazırlanması və digər müvafiq tədbirlərin görülməsində iştirak edir
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir
  • Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir
  • Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin və sektor müdirinin tapşırıqlarının yerinə yetirir. 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, hüquqşünaslıq, beynəlxalq münasibətlər, regionşünaslıq (regionlar üzrə), riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, dövlət və ictimai münasibətlər, politologiya, riyaziyyat ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız