Böyük məsləhətçi (Dövlət müəssisələrinin və səhmlərin (payların) idarə edilməsi sektoru)

Bakı

İqtisadiyyat Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektorun Əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
  • Dövlətə məxsus olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı kimi çıxış etməklə bağlı Xidmətin səlahiyyətlərin icrası istiqamətində tədbirlərin görülməsinə, habelə onların yaradılmasına, yenidən təşkilinə, ləğv olunmasına və hüquqi şəxslərin yaradılmasında dövlət əmlakının pay şəklində qoyuluşuna razılıq verilməsi barədə məsələlərə Nazirliklə razılaşdırılmasında iştirak edir;
  • Birgə müəssisələrdə dövlətə məxsus olan payın (səhmlərin) miqdarının dəyişdirilməsinə razılıq verilməsinə dair müraciətlərə baxılmasında və rəy hazırlanmasında iştirak edilməsi; 
  • Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərin Xidmət rəisi ilə razılaşdırmaqla Nazirliyə təqdim edilməsində və bu istiqamətdə tədbirlərin görülməsində iştirak edir; 
  • Nazirliyin müəyyən etdiyi hallarda dövlətə məxsus olan hüquqi şəxslərin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla) və iştirakçısı kimi çıxış etməklə bağlı Xidmətin səlahiyyətlərin icrası istiqamətində tədbirlərin görülməsində iştirak ediri;
  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) saxlanılması və onların idarə olunmasının təmin edilməsində, habelə onlardan səmərəli istifadəyə nəzarətin həyata keçirilməsində, o cümlədən idarəetmə məqsədi ilə payların (səhmlərin) hüquqi və fiziki şəxslərə verilməsi barədə təkliflərin hazırlamasında iştirak edir;
  • Dövlətə məxsus olan hüquqi şəxslərin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan hüquqi şəxslərin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edilib rəy verilməsində, özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunun həyata keçirilməsində iştirak edir;
  • Müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanması ilə əlaqədar təkliflərin verilməsində və onların həyata keçirilməsində iştirak edir; 
  • Sektorun iş planının, fəaliyyəti ilə bağlı hesabatların aidiyyəti hissədə və dövrlər üzrə hazırlanmasında iştirak edir;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir; 
  • Xidməti fəaliyyəti ilə əlaqədar olaraq kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
  • Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir;
  • Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyi və sektor müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, dövlət və ictimai münasibətlər, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, riyaziyyat müəllimliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;

Telegram kanalımız