- Dövlət əmlakının idarə edilməsinə və ondan təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edilməsi, bu məqsədlə tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparılmasına, bu sahədə müvafiq qanunvericiliyi pozan müəssisə və təşkilatların vəzifəli şəxsləri haqqında qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsinin və bu barədə aidiyyəti dövlət orqanlarına məlumat hazırlanmasını təmin edir;
- Dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlərin görülməsini, bu məqsədlə aidiyyəti orqanlara məlumat verilməsini, o cümlədən məhkəmə qarşısında iddia qaldırılması barədə aidiyyəti üzrə təkliflərin verilməsini təmin edir;
- Dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarətin həyata keçirilməsini, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq verilməsi barədə müraciətlərə baxılmasını və rəy hazırlanmasını təmin edir;
- Dövlət müəssisələrindən və dövlət orqanlarından müəyyən olunmuş qaydada xüsusi hesabatların alınmasını və təhlil edilməsinin və təhlil nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə aidiyyəti dövlət orqanlarına məlumat hazırlanmasını təmin edir;
- Dövlət müəssisələrinin və ya əmlakında dövlət payı olan müəssisələrin fəaliyyətini və maliyyə vəziyyətini təhlil edilib təkliflərin hazırlanmasını təmin edir;
- Dövlət orqanlarının, dövlət müəssisə və təşkilatlarının balansında və istifadələrində olan, fəaliyyəti üçün lazım olmayan, boş, istifadəsiz və yararsız olan əmlakın sərəncama götürülməsinin və səmərəli istifadə olunması barədə təkliflərin verilməsini təmin edir;
- Məktub və müraciətlərə cavabların hazırlanmasını təmin edir;
- Sektorun iş planının, fəaliyyəti ilə bağlı hesabatların aidiyyəti hissədə və dövrlər üzrə hazırlanmasında iştirak edir;
- Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;
- Xidməti fəaliyyəti ilə əlaqədar olaraq kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
- Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir;
- Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyi və sektor müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;