- Torpaq bazarının təşkili ilə bağlı tədbirlər görülməsi, inzibati-ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi üçün təkliflər verir
- Bələdiyyə torpaqlarının hərrac və müsabiqələr vasitəsi ilə satışı və ya icarəyə verilməsinin təşkilində iştirak edir
- Bələdiyyə torpaqlarının hərrac və müsabiqə vasitəsi ilə satışı və icarəyə verilməsi prosesinin ictimai nəzarət və şəffaflıq prinsipləri, hüquqların və sosial ədalət prinsipinin qorunması əsasında həyata keçirilməsi istiqamətində tədbirlər görür
- Torpaq sahələrinin normativ qiymətlərinin və icarə haqlarının müəyyən edilməsi ilə bağlı təklifləri hazırlayıb təqdim edir
- Torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə açıqlanmasında iştirak edir
- Sektorun fəaliyyət istiqaməti üzrə təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparır, analitik materialları hazırlayır
- Müvafiq sahə üzrə hüquqi aktların, qərar, əmr və sərəncamların layihələrinin hazırlanmasında iştirak edir və bu barədə təkliflər verir
- Müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənir və bu barədə aidiyyəti üzrə təkliflər verir
- Məktub və müraciətləri qanunvericiliklə müəyyən olunmuş qaydada cavablandırır
- Sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir
- Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir
- Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin və sektor müdirinin tapşırıqlarını yerinə yetirir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;