Şöbə müdirinin müavini (Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Hüquq şöbəsi)

Bakı

İqtisadiyyat Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbə müdiri olmadıqda, şöbə müdirini əvəz edir;
  • Şöbənin işini təşkil və ona rəhbərlik edilməsində, işçilərin işə davamiyyətində və əmək intizamına nəzarət edilməsində iştirak edir;
  • Normativ hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərinin təşkili, təkmilləşdirilməsi və inkişafının təmin edilməsində iştirak edir və təkliflər verir;
  • Xidmətin məhkəmələrdə tərəf qismində təmsil olunmasının, hüquq və qanuni mənafelərinin müdafiəsinin təmin edilməsində iştirak edir;
  • Xidmətin strukturlarında normativ hüquqi təminat işlərinin aparılmasına metodiki və əməli rəhbərliyin həyata keçirilməsində iştirak edir və təkliflər verir;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edilməsində iştirak edir;
  • Şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərin şöbənin rəhbərliyinə təqdim edir;
  • Şöbənin Əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Xidmətin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
  • Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
  • Şöbədə kargüzarlıq işlərini aparır və məxfilik rejiminin təmin edilməsində iştirak edir;
  • Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir;
  • Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin tapşırıqlarının yerinə yetirir. 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;

Telegram kanalımız