- Xidmətin rəhbərliyinin və digər vəzifəli şəxslərinin media subyektində çıxışları, mətbuat konfransları, brifinqləri, ictimaiyyətlə görüşlərinin təşkilini, əlaqələndirilməsini və Xidmət tərəfindən keçirilən tədbirlərdə yerli və xarici media subyekti nümayəndələrinin iştirakının təmin edir
- Xidmətin strukturlarının ictimaiyyətlə əlaqələrinin təşkilini, Xidmətin fəaliyyətinin media subyektində işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Xidmət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını, bununla əlaqədar press-relizlərin, məlumat bülletenlərinin, bəyanatların, müsahibələrin, çıxışların və s. hazırlanmasında iştirak edir
- Xidmətin fəaliyyət istiqamətləri üzrə müvafiq dövlət proqramları, qanunvericilik aktları və ictimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı məlumatların media subyekti vasitəsilə və digər üsullarla ictimaiyyətə çatdırılmasını həyata keçirir
- Xidmətin fəaliyyəti ilə bağlı media subyektində yayımlanan materialların gündəlik monitorinqinin aparılmasında iştirak edir
- Xidmətə daxil olmuş informasiya sorğularına müvafiq strukturların iştirakı ilə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmasında iştirak edir
- Müəyyən edilmiş qaydada Xidmətin dövri mətbuat orqanının yaradılması ilə bağlı təkliflər verir, jurnalların, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrini hazırlayır
- Xidmətin rəisi, rəis müavinlərinin və digər vəzifəli şəxslərinin Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirləri, konsulları, ticarət nümayəndəlikləri, beynəlxalq təşkilatların və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüşlərinin təşkilində iştirak edir və görüşləri protokollaşdırır
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir
- Sektorda kargüzarlıq işlərinin aparılmasını həyata keçirir
- Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin və sektor müdirinin tapşırıqlarını yerinə yetirir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;