Aparıcı məsləhətçi (Kommunikasiya və xidmət sahələrinin maliyyəsi sektoru)

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kommunikasiya və xidmət sahələrində dövlətin vahid maliyyə və büdcə siyasətinin həyata keçirilməsi üçün təkliflər hazırlayır
  • Kommunikasiya və xidmət sahələrində dövlətin vahid maliyyə və büdcə siyasətinin həyata keçirilməsi üçün təkliflərin hazırlanmasında iştirak edir
  • Növbəti il dövlət büdcəsi və sonrakı üç il üçün icmal büdcənin proqnozunun layihəsinin ilkin variantını (orta müddətli büdcə proqnozunu) təsnifatın müvafiq aidiyyəti bölmələri, köməkçi bölmələri səviyyəsində xərclərin yuxarı həddini və prioritet xərcləri göstərməklə tərtib edir
  • Şəffaflığın daha da artırılması məqsədilə dövlət və icmal büdcə və Nazirliyin digər sahələrdə fəaliyyəti ilə bağlı əhalinin yaxından məlumatlandırılması və maarifləndirilməsi üçün funksional təsnifatın istiqamətləri üzrə büdcə gəlirlərini, xərclərini və digər məlumatları özündə əks etdirən tövsiyə xarakterli «Vətəndaşın büdcə bələdçisi» kitabının tərtibi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir
  • İqtisadiyyatın sahələri üzrə xərc normativlərinə dair aidiyyəti orqanlardan daxil olan təkliflərə baxıb, müvafiq qaydada rəy verir
  • Kommunikasiya və xidmət sahələri üzrə dövlət və sahə proqramlarının hazırlanması zamanı onların maliyyə-iqtisadi ekspertizasının aparılmasında, həmin proqramlarda Maliyyə Nazirliyinə verilmiş tapşırıqların icrasının təmin edilməsində  iştirak edir
  • Kommuniksiya və xidmət sahələri üzrə maliyyə ehtiyatlarının aşkara çıxarılması və səfərbər olunması üçün təkliflər hazırlayır
  • Dövlət orqanlardan, habelə digər müəssisə və təşkilatlardan, eləcə də vətəndaşlardan daxil olmuş məktub, ərizə və şikayətlərə baxır
  • Vəzifəsi üzrə şöbə müdiri, müdir müavini və sektor müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramları, ofis texnikasından istifadə, internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

Telegram kanalımız