Baş məsləhətçi (Fiskal risklərin idarə olunması sektoru)

Bakı

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fiskal risklərin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi, mitiqasiyası, eləcə də idarəedilməsi üzrə təkliflər hazırlayır
  • İcmal və dövlət büdcəsinin icrası ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi və  idarəedilməsinə dair təkliflər hazırlayır
  • Büdcə siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində səlahiyyətləri  daxilində iştirak edilməsi və büdcə siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin rəhbərliyə təqdim edir
  • Ölkə və region üzrə əsas fiskal çağırışlar nəzərə alınmaqla makro-fiskal göstəricilərin  təhlili, orta və uzunmüddətli dövrdə büdcə siyasətinin hədəflərinin müəyyən edilməsi üçün müxtəlif ssenarilər üzrə proqnozlar hazırlayır
  • Dövlət maliyyəsinin idarə olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrin  araşdırılması, büdcənin hesabatlılığı, əhatə dairəsi, cavabdehlik və şəffaflıq səviyyəsi və  digər sahələr üzrə siyasətin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsində iştirak edir
  • Ortamüddətli makro-fiskal çərçivənin və Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədinin hazırlanmasını səlahiyyətləri daxilində iştirak edir
  • Ortamüddətli makro-fiskal çərçivənin hazırlanması və bu sahədə əlaqələndirmə və icmallaşdırmanı həyata keçirir
  • Dövlət orqanlarının qərarlarının, sərəncamlarının və normativ sənədlərinin icra edilməsini daim nəzarətdə saxlayır
  • Əsasnaməyə uyğun olaraq səlahiyyətləri çərçivəsində rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetiririr

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramları, ofis texnikasından istifadə, internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız