- Xidmətin təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq Xidmətin Regional Maliyyə Müfəttişliyinin fəaliyyət istiqamətlərinə və vəzifələrinə, hüquq və səlahiyyətlərinə aid olan işlərin icrasını təşkil edir, Xidmətin Regional Maliyyə Müfəttişliyinin işçiləri tərəfindən əmək və icra intizamına riayət edilməsinə nəzarət edir
- Müfəttişliyin rəisi tərəfindən onlara ünvanlanmış nəzarət tədbirləri üzrə materialları təhlil edir və təkliflərini bildirir
- Müfəttişliyinin işçiləri tərəfindən aparılan nəzarət tədbirlərinin qanunveiciliyin tələblərinə və nəzarət tədbirinin proqramına uyğun, vaxtında və keyfiyyətlə aparılmasının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür
- Nəzarət tədbirlərinin təyin edilməsi zamanı nəzarət tədbirlərini yerinə yetirəcək qrupun tərkibi , nəzarət tədbirinin metodu, mövzusu və müddətinin seçilməsində iştirak edir, bu barədə təkliflər verir
- Müfəttişliyin əməkdaşları tərəfindən vəzifə borclarının yerinə yetirilməsi prosesində qanunvericiliyin tələblərinə və etik davranış qaydalarına riayət olunmasına nəzarət edir
- Nəzarət tədbirlərinin təyata keçirilməsi zamanı qanunverciliyə uyğun olaraq dövlət və kommersiya sirrinin qorunmasını təmin edir
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;